Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan bu söhbətdə cənab Şahin Mustafayev prezident, xarici işlər naziri və digər şəxslərin həyatını itirdiyi hadisədən təəssüfləndiyini və bu əzizlərin təkcə İrana deyil, bütün dost və müsəlman ölkələrə məxsus olduğunu bildirib.
Cənab Mehrdad Bəzrpaş həmçinin İran İslam Respublikasının Bakıdakı səfirliyində olmasına və xatirə dəftərini imzalamasına görə Azərbaycan Prezidentinə və Tehranda keçirilən Prezidentin anım mərasimində Azərbaycan nümayəndə heyətinin iştirakına görə təşəkkür edib və 28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrikini çatdırıb.
Tərəflər iki ölkə prezidentlərinin Qız qalası bəndində keçirilən görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsini də vurğuladılar.
Sonda cənab Mustafayev bəyan etdi ki, İran xalqı böyük xalqdır və bu hadisə çox acı olsa da, İran xalqı bunun öhdəsindən gələcək.
Sizin rəyiniz